Sankt-Peterburq mağazasında partlayış törədən şəxs saxlanılıb

Sankt-Peterburq mağazasında partlayış törədən şəxs saxlanılıb Bu, dekabrın 30-da aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub
Digər ölkələr
30 Dekabr , 2017 19:29
Sankt-Peterburq mağazasında partlayış törədən şəxs saxlanılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FTB) Sankt-Peterburqdakı mağazalardan birində partlayış törətmiş şəxsi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə FTB-yə istinadən RİA "Novosti" məlumat yayıb.

"Rusiya FTB tərəfindən 30 dekabr 2017-ci il tarixində aparılan əməliyyat-axtarış tədbirləri zamanı dekabrın 27-də Sankt-Peterburq şəhərində "Perekryostok" mağazasının ticarət zalında törədilmiş partlayışın bilavasitə təşkilatçı və icraçısı saxlanılıb", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi