Sankt-Peterburqda hərbi hospitalında tibb bacılarını öldürməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Sankt-Peterburqda hərbi hospitalında tibb bacılarını öldürməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb Onlara daha əvvəl "nevrotik reaksiya", "nevrotik vəziyyət" və "psixopatiya" diaqnozları qoyulubmuş
Digər ölkələr
12 Aprel , 2016 19:05
Sankt-Peterburqda hərbi hospitalında tibb bacılarını öldürməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Bakı. 12 aprel. REPORT.AZ/ Sankt-Peterburq hərbi hospitalında tibb bacılarını öldürməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin güc strukturlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, adam öldürməkdə şübhəli bilinən rayon hərbi hospitalının psixiatriya şöbəsinin pasientləri saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

İstintaq araşdırmalarına görə, çərşənbə axşamına keçən gecə psixiatriya şöbəsində müalicə alan üç xəstə iki tibb bacısını öldürərək gizlənib. Tibb bacılarının öldürülməsinə görə 3 hərbi qulluqçu - David Ziqanşin, Milli Qvardiyada müqaviləylə çalışan Aleksandr Tomski və Hərbi-Kosmik Akademiyanın kursantı Stepan Dotsenko barəsində axtarış elan edilib.

"İnterfaks"ın hüquq-mühafizə orqanlarındakı mənbəsinin məlumatına görə, iki şübhəli şəxsə daha əvvəl "nevrotik reaksiya" və "nevrotik vəziyyət", üçüncüsünə isə "psixopatiya" diaqnozları qoyulubmuş.

Son xəbərlər

Orphus sistemi