Sandu: "Moldova taxıl ixracında Ukraynaya kömək etməyə borcludur"

Digər ölkələr
  • 19 may, 2023
  • 19:37
Sandu: Moldova taxıl ixracında Ukraynaya kömək etməyə borcludur

"Moldova taxıl ixracında Ukraynaya kömək etməyə borcludur".

"Report" xəbər verir ki, bunu Moldova Prezidenti Maia Sandu Moldova 1 telekanalına müsahibəsində bildirib.

Moldova lideri kənd təsərrüfatında yaşanan çətinliklərə və fermerlərin etirazlarına baxmayaraq, taxıl ixracında Ukraynaya kömək edəcəklərini qeyd edib.

"Ukraynanın resurslara ehtiyacı var və biz ona kömək edəcəyik", - Sandu vurğulayıb.

Bundan əvvəl Moldova fermerləri hökumətin Ukraynadan taxıl idxalına qadağa qoymayacağı və ya onlara maliyyə yardımı göstərməyəcəyi təqdirdə etirazlara qalxacaqlarını bəyan ediblər.

44 filmi