San-Sebastyanda keçirilən kino festivalının ən yaxşı filmi açıqlanıb

San-Sebastyanda keçirilən kino festivalının ən yaxşı filmi açıqlanıb San-Sebastyanda keçirilən kino festivalının qalibi müəyyən olunub.
Digər ölkələr
29 Sentyabr , 2019 04:45
San-Sebastyanda keçirilən kino festivalının ən yaxşı filmi açıqlanıb

San-Sebastyanda keçirilən kino festivalının qalibi müəyyən olunub.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, bu, Braziliya rejissoru Pekston Uinsterin "Sakitləşdirilmiş" filmidir. O festivalın əsas mükafatını - "Qızıl balıqqulağı"sını aldı.

Festivalda film həmçinin ən yaxşı operator işinə görə mükafatı alıb, baş rolun ifaçısı ən yaxşı aktyor olub.

"Gümüş balıqqulağı" mükafatı "Dinləmə" filmindəki roluna görə aktrisa Nina Hossa çatıb. Həmçinin "Oğrunun qızı" filmində rol oynamış Qreta Fernandes də mükafat alıb.

Bundan başqa, aktrisa Penelopa Krus kinematoqrafiyaya töhfə üçün mükafat alıb.

Son xəbərlər

Orphus sistemi