"Samsung" rəhbərliyi Cənubi Koreyadakı korrupsiya işi üzrə dindirilib

"Samsung" rəhbərliyi Cənubi Koreyadakı korrupsiya işi üzrə dindirilib "Samsung" ölkə prezidentinin yaxın dostunun yaratdığı iki qeyri-hökumət fonduna dəstək verib
Digər ölkələr
9 Yanvar , 2017 14:52
Samsung rəhbərliyi Cənubi Koreyadakı korrupsiya işi üzrə dindirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Cənubi Koreyalı müstəntiqlər ölkə Prezidenti Pak Kın Henin yaxın ətrafının hakimiyyətdən sui-istifadə etməsi və korrupsiyaya qurşanması işinin istintaq ilə əlaqədar "Samsung" şirkətinin rəhbərliyinin iki nümayəndəsini dindirib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Samsung" şirkətinin Strateji Planlaşdırma bölməsinin rəhbəri Çan Çjun Qi və onun müavini Xhve Qi Son şahid qismində məhkəmə prosesinə cəlb edilib. Amma onların statusu tədricən dəyişə bilər", - qalmaqalın araşdırılması ilə məşğul olan müstəqil komitənin nümayəndəsi bildirib.

İstintaq "Samsung" şirkətini ölkə prezidentinin yaxın rəfiqəsi Çhve Sun Silin yaratdığı iki qeyri-hökumət fonduna dəstək verməkdə şübhəli hesab edir. İddiaya görə, prezidentin rəfiqəsi idmanın və mədəniyyətin təşviqi adı altında bir çox Cənubi Koreya şirkətlərini fondlara ianə ayırmağa sövq edib, yekunda toplanmış vəsaitin böyük hissəsini mənimsəyib. Prezidentin bütün baş verənlərdən xəbərdar olduğu düşünülür.

Son xəbərlər

Orphus sistemi