​Salvadorun sabiq prezidenti komaya düşüb

Digər ölkələr
  • 29 yanvar, 2016
  • 00:54
​Salvadorun sabiq prezidenti komaya düşüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Salvadorun sabiq prezidenti Fransisko Flores komaya düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, evinin döşəməsində huşsuz vəziyyətdə aşkar edilib və xəstəxanaya yerləşdirilib.

Koma nevroloji pozuntular səbəbindən geri qaytarılmaz xarakter daşıyır.

Ev dustağı olan siyasətçi böyük pul fırıldaqçılığında şübhəli bilinir.

Flores 1999-2004-cü illərdə Salvadora rəhbərlik edib.