Sakit okeanda zəlzələ olub

Sakit okeanda zəlzələ olub Sakit okeanda yerləşən Vanuatu adasında zəlzələ baş verib.
Digər ölkələr
18 Avqust , 2021 15:30
Sakit okeanda zəlzələ olub

Sakit okeanda yerləşən Vanuatu adasında zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.

Yeraltı təkan Rixter şkalası ilə 6,8 balla qiymətləndirilib. Bildirilib ki, zəlzələnin ocağı Port-Orlidən 16 kilometr şimal-qərbdə, yerin 91 kilometr dərinliyində yerləşib. Fəsadlarla bağlı məlumat verilməyib.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi