Yuxarı

Vanuatu adasının sahillərində 7,3 bal gücündə zəlzələ olub

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Bakı. 21 oktyabr. REPORT.AZ/ Sakit okeandakı Vanuatu Respublikasında güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 7,3 bal olub.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Port-Orli şəhərindən 46 km. şimal-şərqdə yerləşib. 

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Vanuatu Respublikası ada dövlətidir və quru ərazisi 12 226 kv.km-dir. Paytaxtı Port-Villadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi