Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb
Digər ölkələr
8 Oktyabr , 2017 18:55
Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Sakit okeanda, Tonqo adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 14:04-də qeydə alınıb. Zəlzələnin episentri Nukualofa şəhərindən 238 kilometr şimalda, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Son xəbərlər

Orphus sistemi