Şahzadə qalmaqallı müsahibəsindən sonra qardaşı və atası ilə danışıb

Şahzadə qalmaqallı müsahibəsindən sonra qardaşı və atası ilə danışıb ​​​​​​​Şahzadə Harri qardaşı şahzadə Uilyam və atası şahzadə Çarlz ilə telefonla danışıb
Digər ölkələr
17 Mart , 2021 02:38
Şahzadə qalmaqallı müsahibəsindən sonra qardaşı və atası ilə danışıb
Meqan Markl və Şahzadə Harri

Şahzadə Harri məşhur teleaparıcı Opra Uinfri ilə qalmaqallı müsahibəsindən sonra qardaşı şahzadə Uilyam və atası şahzadə Çarlz ilə telefonla danışıb.

“Report” xəbər verir ki, bunu şahzadə Harri və həyat yoldaşı Meqan Markl “CBS TV”nin aparıcısı Qail Kinqə söyləyiblər.

Aparıcı bildirib ki, tərəflər arasında baş tutan telefon danışığı səmərəli olmayıb. Lakin Harri və Meqan Markl kral ailəsi ilə dialoqun başladığına sevinirlər.

Qail Kinq kral ailəsinin hələ Meqan Markl ilə danışmadığını da söyləyib.

Xatırladaq ki, bu yaxınlarda Meqan Markl şahzadə Harri ilə birlikdə teleaparıcı Opra Uinfriyə müsahibəsi zamanı Britaniya kral ailəsini irqçilikdə və psixoloji təzyiqdə ittiham edib.

Son xəbərlər

Orphus sistemi