Şahbaz Şərif Pakistanın yeni Baş naziri kimi and içib

Şahbaz Şərif Pakistanın yeni Baş naziri kimi and içib Pakistan Müsəlmanlar Liqasının sədri Şahbaz Şərif hökumət başçısı kimi and içib.
Digər ölkələr
4 Mart , 2024 16:14
Şahbaz Şərif Pakistanın yeni Baş naziri kimi and içib

Pakistan Müsəlmanlar Liqasının sədri Şahbaz Şərif hökumət başçısı kimi and içib.

“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Bildirilib ki, Pakistanın 24-cü Baş naziri Şahbaz Şərifə Milli Məclisin (parlamentin Aşağı Palatası) 336 deputatından 201-i onun lehinə səs verib. Onun opponenti, hazırda həbsdə olan keçmiş baş nazir İmran Xanın lideri olduğu Ədalət uğurunda Hərəkat Partiyasının Baş katibi Ömər Əyyub Xan müstəqil namizəd kimi 92 səs toplayıb.

Qeyd edək ki, Şahbaz Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək baş nazir olub. Parlament etimadsızlıq göstərdiyi üçün İmran Xan 2022-ci ilin aprelində bu vəzifədən uzaqlaşdırılıb.

2024-cü il fevralın 8-də Pakistan parlamentinə seçkilər keçirilib.

Son xəbərlər

Orphus sistemi