Saakaşvili Ukraynaya sentyabrın 10-da qayıdacaq

Saakaşvili Ukraynaya sentyabrın 10-da qayıdacaq Bu barədə o, "facebook" sosial şəbəkəsində məlumat verib
Digər ölkələr
16 Avqust , 2017 21:57
Saakaşvili Ukraynaya sentyabrın 10-da qayıdacaq

Bakı. 16 avqust. REPORT.AZ/ Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə o, "facebook" sosial şəbəkəsində məlumat verib.

"Bu gün elan edirəm ki, sentyabrın 10-da Polşadan Ukraynaya qayıdacam", - deyə o bildirib. Bundan əlavə, Saakaşvili Ukrayna hakimiyyətindən xahiş edib ki, bu ölkəyə qayıdışı zamanı "sirk" yaratmasınlar.

İyulun 26-da Ukraynanın Miqrasiya Xidməti prezident Petr Poroşenkonun Saakaşvilinin bu ölkənin vətəndaşlığından məhrum edilməsi barədə fərmanını nəşr edib. Saakaşvili hazırda Avropa İttifaqı ölkələrinə səfərə çıxıb və artıq Macarıstanda, Litvada, Polşada olub. Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, o, həmin ölkələrə Ukrayna pasportu ilə gedir.

Odessa vilayətinin keçmiş qubernatoru Ukraynaya qayıtmaq niyyətini bir neçə dəfə bildirib. 

Son xəbərlər

Orphus sistemi