Bakı. 13 fevral. REPORT.AZ/ Mixail Saakaşvili Ukrayna prezidentliyinə namizəd olmayacağını bəyan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərin bu barədə sualını cavablandıran Gürcüstanın sabiq lideri açıq danışıb: "Əlbəttə, fikrim yoxdur. Heç kabuslu yuxularımda belə bunu təsəvvür edə bilmərəm".
Qeyd edək ki, Mixail Saakaşvili 2015-ci ilin may ayında Odessa Vilayətinin qubernatoru təyin olunub, buna qədər isə Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar məsləhətçisi olub. O, 2004-cü ildən 2013-cü ilə qədər Gürcüstan prezidenti vəzifəsində çalışıb. Vətənində ona qarşı bir neçə cinayət işi açılıb. Gürcüstan vətəndaşlığından məhrum edilən Saakaşvilinin Ukrayna vətəndaşlığı var.