Saakaşvili Poroşenkoya məktub yazmadığını bildirib

Saakaşvili Poroşenkoya məktub yazmadığını bildirib Bununla belə o, hakimiyyətlə danışıqlara hazır olduğunu deyib
Digər ölkələr
17 Dekabr , 2017 20:55
Saakaşvili Poroşenkoya məktub yazmadığını bildirib

Bakı. 17 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili prezident Pyotr Poroşenkoya güzəştə getmək təklifi ilə məktub yazması barədə yayılan xəbərləri təkzib edib.

“Report” xəbər verir ki, bunu o, "strana.ua" internet nəşrinə deyib.

"Mən onlara həmişəkindən daha çox hücum edəcəyəm", - deyə Saakaşvili Poroşenko ilə barışmağa hazır olması ilə bağlı yayılan xəbərlərə cavab olaraq bildirib.

Bununla belə Saakaşvili hakimiyyətlə danışıqlara hazır olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi