Saakaşvili Kiyevdə saxlanılıb

Saakaşvili Kiyevdə saxlanılıb Ukraynanın baş prokuroru da saxlanılması xəbərini təsdiqləyib
Digər ölkələr
9 Dekabr , 2017 00:44
Saakaşvili Kiyevdə saxlanılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Ukraynanın hüquq-mühafizə orqanları Odessa vilayətinin sabiq qubernatoru, "Yeni qüvvələr hərəkatı"nın rəhbəri Mixeil Saakaşvilini saxlayıblar.

"Report"un məlumatına görə, bu barədə "UNİAN" Saakaşvilinin tərəfdarı David Sakvarelidzeyə istinadən xəbər verib.

Belə ki, David Sakvarelidze özünün "facebook" səhifəsində "Saakaşvilini saxladılar. O, Askoldovaya, Ukraynanın Təhlükəsizlik Xidmətinə aparılır", - deyə yazaraq bildirib.

Ukraynanın baş prokuroru Yuri Luçenko da Saakaşvilinin saxlanılması xəbərini təsdiqləyib.

Qeyd edək ki, Saakaşvilinin təşkilatçılığı ilə Ukraynada hökumət əleyhinə etiraz aksiyaları keçirilir.

Son xəbərlər

Orphus sistemi