"Qərbi Afrikada yayılan Ebola epidemiyası xəstəliyin 40 illik tarixi ərzində ən böyük, mürəkkəb və ağır epidemiyadır. Yeni pasiyentlərin sayı onları müalicə etmək imkanından daha sürətlə artır" - deyə, M.Çan Cenevrədəki konfransda bildirib.
Daha əvvəl ÜST Ebola virusu qurbanlarının 2296 nəfərə çatdığı haqqında məlumat yayıb. Virusa ümumilikdə 4293 nəfər yoluxub. ÜST bildirib ki, Ebola virusu Qərbi Afrika ərazisində sürətlə yayılır. Qızdırmadan ölüm halları 53% təşkil edir. Virus əleyhinə effektiv vaksin hələ icad olunmayıb. ÜST xəstəliyin müalicəsi üçün eksperimental dərmanlardan istifadəni etik hesab edir.
Ebola virusu 1976-cı ildə Zairdə kəşf olunub və xəstəliyə ilk yoluxan insanların yaşadığı kəndin yaxınlığında axan çayın adı ilə adlandırılıb.