Ryabkov: Rusiya-Amerika dialoqunda sağlam düşüncənin rüşeymləri yaranır

Digər ölkələr
  • 10 avqust, 2025
  • 14:35
Ryabkov: Rusiya-Amerika dialoqunda sağlam düşüncənin rüşeymləri yaranır

Rusiya-Amerika dialoqunda son illərdə çatışmayan sağlam düşüncənin rüşeymləri görünür.

"Report" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalının efirində bildirib.

"ABŞ ilə dialoqda son aylar və illərdə bu günə qədər çatışmayan müəyyən sağlam düşüncə rüşeymləri meydana çıxır", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, indi gərginliyin azaldılması yox, beynəlxalq münasibətlərin bu qədər "yüksəlmiş temperatur"unu tədricən aşağı salmaq üçün siyasi iradə lazımdır. "Bunun necə ediləcəyinə dair bir çox suala isə cavab yoxdur", – deyə Ryabkov əlavə edib.

O vurğulayıb ki, "gərginliyin azaldılması" termini bu gün istifadə üçün uyğunsuzdur, çünki bu termin beynəlxalq münasibətlərin keçmiş mərhələlərinə aiddir.

Son xəbərlər

Bütün Xəbər Lenti