Rütte Ukraynanın NATO-ya uzunmüddətli perspektivdə daxil olmasını istisna etməyib

Rütte Ukraynanın NATO-ya uzunmüddətli perspektivdə daxil olmasını istisna etməyib Ukraynanın NATO-ya üzvlüyü münaqişənin başa çatması üçün müzakirə olunan sazişin bir hissəsi olmasa da, daha uzunmüddətli perspektivdə bunun mümkün olması istisna edilmir.
Digər ölkələr
27 mart 2025 02:39
Rütte Ukraynanın NATO-ya uzunmüddətli perspektivdə daxil olmasını istisna etməyib

Ukraynanın NATO-ya üzvlüyü münaqişənin başa çatması üçün müzakirə olunan sazişin bir hissəsi olmasa da, daha uzunmüddətli perspektivdə bunun mümkün olması istisna edilmir.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Varşava İqtisadiyyat Məktəbində çıxışı zamanı bildirib.

“Amerikalılar bəyan ediblər ki, Ukrayna sülh sazişi çərçivəsində NATO-nun üzvü olmamalıdır <...> lakin bu, sözsüz, gələcəkdə nə baş verəcəyinə aid deyil”, – o deyib.

Rütte vurğulayıb ki, NATO-da heç vaxt Ukraynanın münaqişənin başa çatması üçün potensial saziş çərçivəsində alyansın bir hissəsi olacağı barədə danışılmayıb. O, “gələcəkdə nə baş verəcəyinə baxmağı” təklif edib.

Baş katib qeyd edib ki, Ukrayna ilə NATO arasında əməkdaşlıq hələ də çox intensivdir.

Son xəbərlər

Orphus sistemi