Rusiyaya qarşı yeni sanksiyaları ABŞ-ın dövlət katibi əlaqələndirəcək

Rusiyaya qarşı yeni sanksiyaları ABŞ-ın dövlət katibi əlaqələndirəcək ABŞ prezidenti Donald Tramp Rusiya, Şimali Koreya və İrana qarşı sanksiyaların tətbiq edilməsi üzrə səlahiyyət bölgüsünü aparıb
Digər ölkələr
30 Sentyabr , 2017 12:42
Rusiyaya qarşı yeni sanksiyaları ABŞ-ın dövlət katibi əlaqələndirəcək
EPA

Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Rusiya, Şimali Koreya və İrana qarşı sanksiyaların tətbiq edilməsi üzrə ölkəsinin rəsmi şəxsləri arasında səlahiyyət bölgüsü aparıb. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ prezidenti bununla bağlı memorandum imzalayıb.

Memoranduma əsasən, Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını dövlət katibi Reks Tillerson əlaqələndirəcək. 

Dövlət katibinə Ukraynadakı münaqişəyə görə ABŞ-ın keçmiş prezidenti Baraka Obama administrasiyası tərəfindən tətbiq edilən sanksiyaların daha da gücləndirilməsi istiqamətində çalışmaq tapşırılıb. R.Tillerson həmçinin ABŞ-ın siyasi təşkilatlarına kiberhücumlarla əlaqədar sanksiyalar haqqında qanunun müddəalarının həyata keçirilməsi ilə məşğul olacaq.

Dövlət Departamentinin rəhbəri Rusiya hökumət orqanları adından fəaliyyət göstərən şəxslərə, demokratik institutların təmsilçilərinə və ya ABŞ hökumətinin kibertəhlükəsizliyinə ziyan vuranlara viza verməkdən imtina barədə qərar qəbul etmək səlahiyyətinə də malik olacaq.

Rusiya, Şimali Koreya və İrana qarşı sanksiyaların digər tərəfləri ilə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və kəşfiyyat rəisi Den Kouts məşğul olacaq.

Son xəbərlər

Orphus sistemi