Yuxarı
    Bağlamaq

    Rusiyaya qarşı sanksiyaların müddəti uzadıla bilər

    Bu barədə “Wall Street Journal” qəzeti Brüsseldəki və Vaşinqtondakı mənbələrə istinadən yazır

    Bakı. 19 noyabr. REPORT.AZ/ Avropa liderləri dekabrın ortalarında keçiriləcək sammit zamanı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin uzadılacağını istisna etmirlər. "Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Wall Street Journal” qəzeti Brüsseldəki və Vaşinqtondaki mənbələrə istinadən yazır.

    İddiaya görə, Parisdə baş verən qanlı terror aktları fonunda Moskva ilə Qərb arasında əlaqələrin güclənməsinə baxmayaraq, Avropa İttifaqı Rusiyaya qarşı iqdisadi təzyiq mexanizminin qüvvədə qalmasında maraqlıdır. "Almaniya, Fransa və Böyük Britaniya Suriya məsələsində əməkdaşlıq müqabilində də Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan ləğv olunmasını istəmir", - deyə Wall Street Journal qeyd edir.

    Bununla belə, qeyd olunur ki, Avropa liderleri arasında 2014-cü ilin yayından qüvvədə olan sanksiyaların neçə müddətə uzadılacağına dair ümumi fikir formalaşmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi