​Rusiyanın yüz gündə öldürdüyü suriyalıların sayı açıqlanıb

​Rusiyanın yüz gündə öldürdüyü suriyalıların sayı açıqlanıb Kremlin qırıcıları Suriyaya 12 min dəfə hava zərbəsi endirib
Digər ölkələr
8 Yanvar , 2016 16:54
​Rusiyanın yüz gündə öldürdüyü suriyalıların sayı açıqlanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Rusiya Suriyada əməliyyat keçirdiyi yüz gündə 1 730 dinc suriyalını öldürüb.

"Report" "Al-Jazeera"yə istinadən xəbər verir ki, bu haqda Suriya Müxalifəti və İnqilabçı Güclərin Milli Şurası bildirib.

Məlumata görə, Rusiyanın Suriya ərazisini bombalaması nəticəsində 135-i uşaq, 115-i qadın olmaqla, 1 730 dinc suriyalı həyatını itirib.

Milli Şuranın açıqlamasına əsasən, Rusiyanın hava zərbələri nəticəsində onlarla məktəb, ibadət yeri, 29 xəstəxana, sağlamlıq mərkəzləri və digər infrastrukturlar dağıdılıb.

Məlumatda bildirilib ki, yüz gündə Kremlin qırıcıları Suriyaya 12 min dəfə hava zərbəsi endirib.

Müxalifətin məlumatına əsasən, terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirdiyini iddia edən Rusiyanın hava zərbələrinin 94 faizi mülki sakinlərin yaşadığı yerlərə endirilib.

Milli Şura vurğulayıb ki, Moskvanın keçirdiyi əməliyyatlar nəticəsində Suriyanın Lazkiyə, Humus, Hama və Hələb şəhərlərindən 500 min suriyalı öz evindən qaçqın düşüb.

Müxalifət Rusiya hərbçilərinin Suriyadan çıxmasını və ölkənin gələcəyinin müəyyənləşdirilməsinin suriyalıların iradəsinə buraxılmasını tələb edir. 

Son xəbərlər

Orphus sistemi