Rusiyanın Ukraynaya hücumu zamanı mümkün qurbanların sayı açıqlayıb

Digər ölkələr
  • 06 fevral, 2022
  • 04:00
Rusiyanın Ukraynaya hücumu zamanı mümkün qurbanların sayı açıqlayıb

ABŞ rəsmiləri hesab edirlər ki, Rusiya Ukraynaya hərbi hücum etmək üçün lazım olan qüvvələrin təxminən 70%-ni hazırlayıb.

“Report” xəbər verir ki, belə bir iddia “Reuters” tərəfindən dərc olunan məqalədə yer alıb.

Qeyd olunub ki, Rusiya bir neçə günə Ukraynanın paytaxtı Kiyevi işğal edə bilər:

“Ukrayna 5 000-dən 25 000-ə qədər, Rusiya isə 3 000 - 10 000 arası hərbçisini baş verə biləcək müharibə zamanı itirə bilər. 25 000 - 50 000 arası mülki şəxs müharibənin qurbanı olacaq. Əgər genişmiqyaslı hərbi əməliyyatlar başlasa, milyonlarla Ukrayna vətəndaşı qaçqın həyatı yaşayacaq”.

44 filmi