Rusiyanın sualtı qayıqlardan İŞİD-ə endirdiyi zərbələrin görüntüləri yayılıb - VİDEO

Rusiyanın sualtı qayıqlardan İŞİD-ə endirdiyi zərbələrin görüntüləri yayılıb - VİDEO Hədəflər sualtı qayıqlardan 500–670 km məsafədə olub
Digər ölkələr
14 Sentyabr , 2017 22:28
Rusiyanın sualtı qayıqlardan İŞİD-ə endirdiyi zərbələrin görüntüləri yayılıb - VİDEO

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi "Velikiy Novqorod" və "Kolpino" sualtı qayıqlarından "Kalibr" raketləri ilə İŞİD-in mövqelərinə endirdiyi zərbələrin videogörüntülərini yayıb.

"Report" xəbər verir ki, ümumilikdə yeddi qanadlı raket atılıb.

Zərbələr Suriyanın hökumət qüvvələrinin Deyr-əz-Zor əyalətində daha sürətlə irəliləməsini təmin etmək olub. Raketlər eyniadlı şəhərin cənub-şərq ətraflarında rabitə məntəqələri və silah-sursat anbarlarını məhv edib.

Qeyd olunur ki, hədəflər sualtı qayıqlardan 500–670 km məsafədə olub.

Son xəbərlər

Orphus sistemi