Rusiyanın San-Fransiskodakı baş konsulluğu qəbulu dayandırıb

Rusiyanın San-Fransiskodakı baş konsulluğu qəbulu dayandırıb Bu barədə diplomatik nümayəndəliyin saytına yerləşdirilən məlumatda bildirilir
Digər ölkələr
1 Sentyabr , 2017 02:01
Rusiyanın San-Fransiskodakı baş konsulluğu qəbulu dayandırıb
Foto: commons.wikimedia.org/Eugene Zelenko

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiyanın San-Fransiskodakı baş konsulluğu sentyabrın 1-dən ziyarətçi qəbulunun dayandırıldığını elan edib.

"Report" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytına yerləşdirilən məlumatda bildirilir.

"ABŞ hakimiyyətinin qərarı ilə əlaqədar Rusiyanın San-Fransisko şəhərindəki baş konsulluğu bağlanıb. Bu il sentyabrın 1-dən ziyarətçilərin qəbulu dayandırılır", - deyə məlumatda qeyd olunur.

Bununla yanaşı bildirilir ki, hazır pasportları 1 sentyabr saat 13:00-dək (Bakı vaxtı ilə 31 avqust 00:00-dək) baş konsulluğun binasından götürmək mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi