Rusiyanın raket sınağı uğursuz olub

Rusiyanın raket sınağı uğursuz olub Raket start meydançasından yeddi kilometr aralıda düşüb
Digər ölkələr
22 Aprel , 2015 21:49
Rusiyanın raket sınağı uğursuz olub

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyanın Plesetsk Kosmodromundan buraxılan eksperimental raket, start meydançasından yeddi kilometr aralıda Arxangelsk vilayətinin ərazisində yerə düşüb. "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, 9.6 tonn ağırlığındaki raketin qalıqlarının dağıldığı əraziyə mütəxəssislər göndərilib. 

Məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi də təsdiqləyib.

Bildirilir ki, raketi Rusiya Müdafiə-sənaye kompleksinə məxsus müəssisələrdən biri buraxıb.

Qəza nəticəsində ətraf mühitə ciddi ziyanın dəymədiyi vurğulanır.

Son xəbərlər

Orphus sistemi