Rusiya təyyarəsinin qəzaya uğradığı yerdə 12 nəfərin meyiti tapılıb - YENİLƏNİB-2

Rusiya təyyarəsinin qəzaya uğradığı yerdə 12 nəfərin meyiti tapılıb - YENİLƏNİB-2 Sağ qalanlar barədə məlumat yoxdur
Digər ölkələr
25 Dekabr , 2016 19:37
Rusiya təyyarəsinin qəzaya uğradığı yerdə 12 nəfərin meyiti tapılıb - YENİLƏNİB-2

Bakı. 25 dekabr. REPORT.AZ/ Qara dəniz sahillərində qəzaya uğramış Rusiya təyyarəsinin daha 5 sərnişininin meyiti aşkar edilib və beləliklə, cəsədi tapılanların ümumi sayı 12 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Daha 5 nəfərin meyiti aşkar edilib. Beləliklə, meyiti tapılanların ümumi sayı 12 nəfərə çatıb. Axtarış işləri davam etdirilir", - deyə mənbə bildirib.

TASS-ın Rusiyanın nəqliyyat naziri Maksim Sokolova istinadən verdiyi xəbərə görə, "Tu-154" təyyarəsinin qəzasının araşdırılması üzrə hökumət komissiyasında hadisə zamanı sağ qalanlar barədə hələlik məlumat yoxdur.

***14:03

Rusiyanın "Tu-154" təyyarəsinin Soçi şəhərinin Qara dəniz sahillərində qəzaya uğraması nəticəsində həlak olanlardan 7 nəfərin meyiti aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.

"Yeddi nəfərin cəsədi aşkar olunub", - deyə mənbə bildirib.

***11:08

Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğradığı yerdə sərnişinlərdən birinin meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi nümayəndəsi mayor İqor Konaşenkov məlumat verib.

"Soçinin sahil xəttinin 6 km-də Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinin meyiti tapılıb. Cəsəd xilasetmə gəmisinin göyərtəsinə qaldırılıb", - deyə Konaşenkov bildirib.

Son xəbərlər

Orphus sistemi