Rusiyanın kamikadze-dronu Rumıniya ərazisinə düşüb

Rusiyanın kamikadze-dronu Rumıniya ərazisinə düşüb Rusiyanın dünən gecə Ukraynanın Odessa vilayətindəki limanlarına hücumu zamanı Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniya ərazisinə düşüb.
Digər ölkələr
14 Dekabr , 2023 20:35
Rusiyanın kamikadze-dronu Rumıniya ərazisinə düşüb

Rusiyaya məxsus pilotsuz uçuş aparatı Ukraynanın Odessa vilayətindəki limanlarına hücumu zamanı Rumıniya ərazisinə düşüb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna ilə sərhədyanı bölgələrə hücum zamanı Rumıniya döyüş təyyarələrini havaya qaldırmalı olub.

Radarlar Ukraynanın İzmail şəhəri ilə həmsərhəd olan Tulça mahalında alçaq hündürlükdə uçarkən azı bir Rusiya PUA-sının Rumıniyanın hava məkanına daxil olduğunu aşkar edib.

“Milli Müdafiə Nazirliyi Rusiya tərəfindən Ukraynanın Dunaydakı limanlarında ayrı-ayrı obyektlərə və mülki infrastrukturun elementlərinə edilən hücumları qətiyyətlə pisləyir. Bu hücumlar əsassızdır və beynəlxalq humanitar hüquq normalarına ciddi şəkildə ziddir”, - Rumıniya Müdafiə Nazirliyindən bildirilib.

Son xəbərlər

Orphus sistemi