​Rusiyanın hərbi rəsmisi: "ABŞ və NATO sərhədlərimiz yaxınlığında uçuşların sayını artırıb"

​Rusiyanın hərbi rəsmisi: "ABŞ və NATO sərhədlərimiz yaxınlığında uçuşların sayını artırıb" "Bu halda radioelektron qurğular 500 km dərinlikdə kəşfiyyat apara bilər"
Digər ölkələr
16 Dekabr , 2014 17:15
​Rusiyanın hərbi rəsmisi: ABŞ və NATO sərhədlərimiz yaxınlığında uçuşların sayını artırıb

Bakı. 16 dekabr. REPORT.AZ/ "ABŞ və NATO ölkələri Baltikyanı ərazinin hava məkanında uçuşların sayını artırıb".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı general-polkovnik Viktor Bondarev bildirib.

"2014-cü ildən Baltik və Barents dənizləri, Baltikyanı dövlətlərin hava məkanında ABŞ və NATO ölkələri kəşfiyyat uçuşlarının sayını intensivləşdirib. Hər həftə 8-12 dəfə uçuş həyata keçirilir", - general-polkovnik deyib.

Onun sözlərinə görə, uçuşlar Rusiya sərhədi yaxınlığında gerçəkləşdirilir. Bu halda radioelektron qurğular 500 km dərinlikdə kəşfiyyat apara bilər.

"Praktik olaraq, hər gün ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 kəşfiyyat təyyarələri uçuşlar həyata keçirir. 2013-cü ildə ümumilikdə 22, 2014-cü ildə isə 140-dan artıq belə uçuş olub", - V.Bondarev əlavə edib.

Son xəbərlər

Orphus sistemi