Rusiyalı senator Süleyman Kərimov Fransada saxlanılıb

Rusiyalı senator Süleyman Kərimov Fransada saxlanılıb O, polis məntəqəsinə aparılıb
Digər ölkələr
21 Noyabr , 2017 21:41
Rusiyalı senator Süleyman Kərimov Fransada saxlanılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransanın Nitsa şəhərində polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 20-si axşam saatlarında Nitsa hava limanında Süleyman Kərimov saxlanılıb, o, polis məntəqəsinə aparılıb", — deyə TASS səfirliyin məlumatını yayıb.

Səfirlikdən qeyd olunub ki, Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb.

Son xəbərlər

Orphus sistemi