“Bu gün ABŞ-da Demokratlar Partiyası Donald Trampa qarşı 2016-cı il seçkilərindəki qələbəsinə görə kin bəsləyərək ondan qisas alır. Tramp da bu müşkül vəziyyətdən çıxmağa çalışır”.
Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq Aleksey Muxin prezident Donald Trampın impiçmentinə diar qətnamənin bu gün Nümayəndələr Palatasında təsdiqlənməsinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, ABŞ-da prezident təsisatının nüfuzdan düşməsi başqa ölkələr üçün də təhlükə yaradır. Belə ki, bu problemi ört-basdır etmək üçün Vaşinqton xarici ölkələrin siyasi quruşlarına qarşı gözdənsalma kampaniyasına başlaya bilər.
Rusiyalı politoloqun qənaətincə, yeni Bayden administrasiyası ölkə ictimaiyyətinin diqqətini yerli problemlərdən yayındırmaq üçün xaricdə problemlər yaratmağa çalışacaq: “İndiyədək ABŞ-ın başı öz problemlərinə qarışdığı üçün başı nisbətən dinc olan ölkələr də Vaşinqton tərəfindən yaradılacaq təhlükələrə çarə axtarmalı olacaq. Belə ki, ABŞ-da siyasi böhran davam edəcək”.
Xatırladaq ki, Nümayəndələr Palatası yanvarın 6-da prezident D.Trampın tərəfdarlarının Konqresə hücum etməsinə görə impiçment qətnaməsini qəbul edib. Beləliklə, D.Tramp iki dəfə impiçment elan edilən ilk ABŞ prezidenti oldu.