Rusiyalı hərbçilər MAR-da hücum zamanı yaralandı

Rusiyalı hərbçilər MAR-da hücum zamanı yaralandı Rusiyanın iki hərbi mütəxəssisi Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumları zamanı yaralanıb
Digər ölkələr
8 Mart , 2021 03:27
Rusiyalı hərbçilər MAR-da hücum zamanı yaralandı

Rusiyanın iki hərbi mütəxəssisi Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumu zamanı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "Rossiya-1" telekanalı bildirib.

Yaralılar bazaya təxliyyə olunublar. Qeyd edilir ki, onları xəstəxanaya aparan helikopter də qəzaya uğrayıb, ölən yoxdur. Xəsarət alanlardan biri əməliyyat ediləcək, yaralıların həyatı üçün təhlükə yoxdur.

Mərkəzi Afrika Respublikası hakimiyyəti BMT-nin sülhməramlı kontingentinin dəstəyindən istifadə edərək qiyamçılarla mübarizə aparır. Ölkədə Rusiya hərbi təlimatçıları çalışırlar.

Son xəbərlər

Orphus sistemi