Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var

Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var Qəza yerində dövlət avtomobil müfəttişliyinin əməkdaşları araşdırma aparır
Digər ölkələr
9 Yanvar , 2017 21:53
Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyada yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Moskva yaxınlığındakı Sergiyev-Posadsk rayonunda qeydə alınıb. Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində "Jiquli" markalı avtomobilin sürücüsü və sərnişini ölüb.

Hadisə zamanı daha 4 nəfər ağır xəsarət alıb. Qəza yerində dövlət avtomobil müfəttişliyinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi