Yuxarı

​Rusiyada təyyarə qəzası nəticəsində 4 nəfər ölüb

Ölənlərdən biri pilot, digər üç nəfər isə sərnişindir

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Stavropol vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin məlumatında bildirilir.

"İlkin məlumatlara görə, dörd nəfər ölüb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

Ölənlərdən biri pilot, digər üç nəfər isə sərnişdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi