Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

Rusiyada təyyarə qəzası baş verib: ölənlər var Hadisə nəticəsində 2 nəfər ölüb
Digər ölkələr
8 Oktyabr , 2017 19:40
Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

Bakı. 8 oktyabr. REPORT.AZ/ Rusiyanın Stavropol diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzaya uğrayan təyyarənin yandığı bildirilir.

Təyyarənin xüsusi şirkətə məxsus olduğu ehtimal edilir. Hadisə yerinə təhqiqat qrupu cəlb edilib. 

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi