Rusiyada binada baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada binada baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - YENİLƏNİB Dağıntılar altından daha bir kişi meyiti çıxarılıb
Digər ölkələr
6 Noyabr , 2016 13:15
Rusiyada binada baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 6 noyabr. REPORT.AZ/ Rusiyanın İvanovo şəhərində yerləşən binalardan birində qaz sızmasından baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin İvanovo vilayəti üzrə İstintaq İdarəsinin nümayəndəsi Olqa Dolyeva məlumat verib.

"Dağıntılar altından daha bir kişinin meyiti çıxarılıb", - deyə o əlavə edib.

***10:53

Rusiyanın İvanovo şəhərində məişət qazının sızması səbəbindəın baş verən partlayış nəticəsində biri 4 yaşlı uşaq olmaqla 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatında bildirilir.

İnsident səhər saat 5 radələrində şəhərin Minsk küçəsində baş verib. Partlayış nəticəsində ikimərtəbəli üçgirişli binanın bir mərtəbəsi tamamilə dağılıb. Binada 19 nəfər qeydiyyatda olub.

On iki nəfər xilas edilib, 3 nəfər dağıntılar altından özü çıxıb.

Hazırda hadisə yerində 355 nəfər və 44 ədəd texnika işləyir. Dağıntının sahəsi 80 kv. metrdir.

Son xəbərlər

Orphus sistemi