Rusiyada, "Moskva-Siti" ticarət kompleksində atışma olub, xəsarət alanlar var

Rusiyada, "Moskva-Siti" ticarət kompleksində atışma olub, xəsarət alanlar var Yaralılardan 4-ü xəstəxanaya yerləşdirilib
Digər ölkələr
18 Noyabr , 2017 00:37
Rusiyada, Moskva-Siti ticarət kompleksində atışma olub, xəsarət alanlar var

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada, "Moskva-Siti" ticarət kompleksində atışma olub.

"Report"un məlumatına görə, bu barədə "Moskva" şəhər agentliyi Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, kompleks ərazisində naməlum şəxslərlə müəssisənin mühafizə xidmətinin əməkdaşları arasında məişət zəminində münaqişə olub. İlkin məlumata görə, hadisə zamanı 6 nəfər xəsarət alıb.

Yaralılardan 4-ü xəstəxanaya yerləşdirilib. Daha iki nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi