Bakı. 28 fevral. REPORT.AZ/ Rusiyanın Komi respublikasının Vorkuta şəhərində yerləşən “Severnaya” mədənində dağıntılar altında qalan mədənçiləri xilas etmək üçün aparılan əməliyyat zamanı növbəti partlayış baş verib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 5 xilasedici və 1 nəfər mədən işçisi həlak olub.
Xatırladaq ki, Rusiyanın Vorkuta şəhərində “Severnaya” mədənində uçqun baş vermişdi. Hadisə baş verən zaman mədəndə 110 fəhlə olub. 80 şaxtaçının xilas edildiyi, daha 4 nəfərin cəsədinin tapıldığı bildirilir. 26 şaxtaçının taleyindən isə xəbər yoxdur.
Rusiya Federasiyasının İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. Hadisənin səbəbləri araşdırılır.