Rusiyada "Lotu Quli" barəsində beynəlxalq axtarış elan edilib

Rusiyada "Lotu Quli" barəsində beynəlxalq axtarış elan edilib Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi Lotu Quli ləqəbi ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifov barəsində axtarış elan edib.
Digər ölkələr
19 Dekabr , 2017 00:44
Rusiyada Lotu Quli barəsində beynəlxalq axtarış elan edilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov barəsində axtarış elan edib.

"Report" xəbər verir ki, bu barədə "Rosbalt" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, o, oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.

Hüquq-mühafizə orqanlarındakı mənbə "Rosbalt"a bildirib ki, istintaqın versiyasına görə, Nadir Səlifov Moskvada insan oğurluğu və onlardan pul qoparılması barədə göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib. 

Məlumatda bildirilir ki, onun barəsində beynəlxalq axtarışa elan edilib. Nadir Səlifovun hazırda Türkiyədə yaşadığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi