Rusiyada kafedə zəhərlənənlərin sayı 112 nəfərə çatıb

Rusiyada kafedə zəhərlənənlərin sayı 112 nəfərə çatıb Zərərçəkənlər arasında 5 hamilə qadın da var
Digər ölkələr
15 Yanvar , 2018 07:41
Rusiyada kafedə zəhərlənənlərin sayı 112 nəfərə çatıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Buryatiya Respublikasında zəhələnənlərin sayı 100 nəfəri ötüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, hadisə paytaxtı Ulan-Udedəki "ŞulenDo" kafesində baş verib.

Qeyd edilir ki, zəhərlənənlərin sayı 112 nəfəri ötüb. Onlar arasında 17 uşaq da var. Respublikanın Kliniki Xəstəxanasında 69 nəfər müalicə olunur. Daha bir nəfərə isə Xorinsk Rayon Xəstəxanasında tibbi yardım göstərilir.

Zərərçəkənlər arasında 5 hamilə qadın da var. Onlardan biri ağır vəziyyətdə reanimasiya şöbəsindədir. Digərlərinin vəziyyəti orta qiymətləndirilir.

Daha 42 nəfər isə ambulator müalicə olunur. Onlar arasında 3 uşaq da var.  

Son xəbərlər

Orphus sistemi