Rusiyada internetə vergi tətbiq etmək niyyətindədilər

Rusiyada internetə vergi tətbiq etmək niyyətindədilər RF Mədəniyyət Nazirliyi "qlobal lisenziyalar" tətbiq etməyi təklif edib
Digər ölkələr
24 Fevral , 2015 11:51
Rusiyada internetə vergi tətbiq etmək niyyətindədilər

Bakı. 24 fevral. REPORT.AZ/ Rusiyada bu ilin III rübündə internetə vergi qoyulması planlaşdırılır. Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. 

Rusiya Mədəniyyət Nazirliyi "Rusiya Federasiyası Mülki Məcəlləsinə informasiya-telekommunikasiya şəbəkələrində intellektual fəaliyyət nəticələrinin dövriyyəsinin təkmilləşdirilməsi hissəsində dəyişikliklərin edilməsi haqqında"  Federal Qanun layihəsi üzərində işə başlayıb.

Nazirlik musiqi əsərləri və fonoqramlar, audiovizual əsərlər və kitablara şamil olunacaq "qlobal lisenziyalar"ın tətbiq etməsi təklif olunub.

Qeyd edilir ki, istifadəçilər operatorlarla müqavilə bağlayacaq və ona hər il 300 rubl vergi  ödəyəcək. 

Son xəbərlər

Orphus sistemi