Rusiyanın balıqçı gəmisində zəhərlənmə baş verib: 4 ölü, 4 yaralı

Rusiyanın balıqçı gəmisində zəhərlənmə baş verib: 4 ölü, 4 yaralı Faktla əlaqədar cinayət işi qaldırılıb
Digər ölkələr
14 Mart , 2017 03:35
Rusiyanın balıqçı gəmisində zəhərlənmə baş verib: 4 ölü, 4 yaralı
Courtesy İmage

Bakı. 14 mart. REPORT.AZ/ Rusiyanın Nəqliyyatda Təhqiqat Komitəsinin Uzaq Şərq üzrə İstintaq idarəsi Kamçatkada "Zümrüd" balıqçı gəmisində dörd nəfərin ölümü ilə bağlı cinayət işi qaldırıb.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyinə Nəqliyyatda Təhqiqat Komitəsinin Uzaq Şərq üzrə İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Darya Nemçeva bildirib.

"Bu gün səhər dörd nəfər gəmi ilə Petropavlovck-Kamçatsk limanına aparılıb. Daha dörd dənizçi isə xəstəxanaya yerləşdirilib" – deyə o bildirib.

Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işi qaldırıldığını deyən D.Nemçeva əlavə edib ki, dənizçilərin ölümünün səbəbini məhkəmə tibbi ekspertizası müəyyən edəcək.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə "Zümrüd" gəmisinin dənizçilərinin ölümünün ilkin səbəbi kimi metil spirtindən zəhərlənməni göstərib. Heyət üzvlərindən bir neçəsi ondan istifadə edib. 

Son xəbərlər

Orphus sistemi