Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb

Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb Ölənlərdən 2-nin qadın olduğu bildirilir
Digər ölkələr
11 Aprel , 2017 03:04
Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb
Foto: test.avtoport.ua

Bakı. 11 aprel. REPORT.AZ/ Rusiyanın Orel-Bryansk avtomoil yolunda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi regionun operativ xidmətlərindəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Ölənlərdən 2-nin qadın olduğu bildirilir. Onlar Orlovsk vilayətinin Uriçk rayonunun sakinləridir. Ölənlər minik avtomobilinin sərnişinləri olub.

Qəza zamanı həmçinin yük avtomobilinin də sürücüsü ağır xəsarət alıb. O, ağır vəziyyətdə Orlovsk vilayətinin xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi