Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb "Mazda" yolun əks tərəfinə çıxıb və qarşıdan gələn "Renault"la toqquşub
Digər ölkələr
17 Dekabr , 2016 05:44
Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiyada ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Pskov vilayətində minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə Sankt-Peterburq-Nevel magistralının 433-cü kilometrliyində baş verib. Belə ki, "Mazda" markalı avtomobil yolun əks tərəfinə çıxıb və qarşıdan gələn "Renault" markalı yük maşını ilə toqquşub.

"Hadisə zamanı 5 nəfər qəza yerindəcə ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar" – deyə polisin yaydığı məlumatda bildirilir.

Polis hadisənin başvermə səbəblərini araşdırır. 

Son xəbərlər

Orphus sistemi