Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb Qəzaya səbəb "Nissan"ın sürücüsünün idarəetməni itirməsi və qarşıdan gələn avtomobilin yoluna çıxması olub
Digər ölkələr
7 Yanvar , 2017 21:21
Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiyada ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Başqırdıstanın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Başqırdıstanın paytaxtı Ufa şəhəri yaxınlığında qeydə alınıb. Belə ki, paytaxtın Ufa rayonunda, Avdon-Podımalovo avtomobil yolunun 9-cu kilometrliyində "Nissan" markalı avtomobillə "VAZ -2112" markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində 5 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, qəzaya səbəb "Nissan"ın sürücüsünün idarəetməni itirməsi və qarşıdan gələn avtomobilin yoluna çıxması olub.

Son xəbərlər

Orphus sistemi