Rusiyada azərbaycanlı polislərin rüşvət tələbinə etiraz edərək özünü yandırmağa cəhd edib

Rusiyada azərbaycanlı polislərin rüşvət tələbinə etiraz edərək özünü yandırmağa cəhd edib Rövşən Allahverdiyev xəstəxanaya yerləşdirilib
Digər ölkələr
3 Dekabr , 2017 14:21
Rusiyada azərbaycanlı polislərin rüşvət tələbinə etiraz edərək özünü yandırmağa cəhd edib

Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiyada ticarətlə məşğul olan azərbaycanlı polis əməkdaşlarının ondan rüşvət tələb etməsinə etiraz əlaməti olaraq özünü yandırıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Moskva ətrafındakı Korolyov şəhərində, Qrabina küçəsində baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

"MK" agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb.

Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır. 

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər. 

Son xəbərlər

Orphus sistemi