Rusiyada avtomobil qəzası nəticəsində 9 nəfər ölüb

Rusiyada avtomobil qəzası nəticəsində 9 nəfər ölüb Qəzanın səbəbi mikroavtobusun əks zolağa çıxması ola bilər
Digər ölkələr
9 Dekabr , 2017 08:19
Rusiyada avtomobil qəzası nəticəsində 9 nəfər ölüb

Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiyanın Yakutiya Respublikasının “Kolıma” avtomobil şosesində baş verən qəzada 9 nəfər ölüb.

“Report” TASS istinadən xəbər verir ki, bu barədə respublikanın FHN-dən bildiriblər.

“Son məlumatlara görə, 9 nəfər ölüb, onlar arasında 2 yaşlı uşaq da var. Xəsarət alan üç nəfər xəstəxanadadır”, - deyə nazirlikdən bildirilib.

Ehtimala görə, qəzaya səbəb mikroavtobusun əks hərəkət zolağına çıxması ola bilər. Xəsarət alan üç nəfərdən biri reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi