Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb Rusiyanın Krasnodar vilayətində ağır yol qəzası 5 nəfərin ölümünə səbəb olub.
Digər ölkələr
7 Dekabr , 2023 01:17
Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb

Rusiyanın Krasnodar vilayətində ağır yol qəzası 5 nəfərin ölümünə səbəb olub.

“Report”un məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, “Kamaz” markalı yük avtomobili “Mercedes” markalı mikroavtobusla toqquşub. Zərbənin gücündən mikroavtobus qarşı zolağa çıxaraq digər yük maşınına çırpılıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü və 4 sərnişini həlak olub, yük maşınlarının sürücüləri isə xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi