Rusiyada 3 nəfər dəm qazından zəhərlənib

Rusiyada 3 nəfər dəm qazından zəhərlənib Polis faktla bağlı araşdırma aparır
Digər ölkələr
19 Mart , 2017 16:29
Rusiyada 3 nəfər dəm qazından zəhərlənib
Courtesy İmage

Bakı. 19 mart. REPORT.AZ/ Rusiyada 3 qadın dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Vladimir Yurçenkoya istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Krasnoyarsk vilayətinin Kuraqino qəsəbəsində qeydə alınıb. Zəhərlənənlərin hadisənin baş verdiyi evdə qonaq olduqları bildirilir. DİN rəsmisi mənzildə yanğın təhlükəsizliyi qaydalarının pozulduğunu, hadisənin də bu səbəbdən baş verdiyini deyib.

Polis faktla bağlı araşdırma aparır.  

Son xəbərlər

Orphus sistemi