Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 “Şahed-136” PUA-sını məhv edib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya 31 raket və 12 aviasiya endirib. Bundan başqa, reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb.
Məlumata görə, hücum nəticəsində Çerniqov, Sum, Kiyev, Xmelnitski, Donetsk, Nikolayev və Xerson vilayətlərində mülki infrastruktura ziyan dəyib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib ki, Xəzər dənizindən atılan 20-dən çox qanadlı raketin 12-si məhv edilib. Bu hücum nəticəsində 7 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko deyib ki, ölkə paytaxtına hücum nəticəsində mülki obyektlərə ziyan dəyib, 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Bunun ardınca Rusiya Ukrayna ərazisinə dronlarla hücum edib.
Rusiya ordusu Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib, Kiyevdə hava hücumundan müdafiə sistemi işə salınıb.
Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, 2023-cü il yanvarın 1-nə keçən gecə bütün Ukrayna ərazisində hava xəbərdarlığı elan edilib. Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba qeyd edib ki, vilayətdə hava hücumundan müdafiə sistemi işə salınıb.
O, teleqram kanalında da vətəndaşları təhlükəsiz yerlərdə qalmağa çağırıb.
"Kiyev vilayəti. Hava hücumundan müdafiə işləri görülür", - vilayət hərbi administrasiyasının rəhbəri bildirib.
Qeyd olunur ki, əvvəllər paytaxt və vilayət sakinləri partlayış səslərini eşidiblər, bundan sonra hava hücumu siqnalı verilib.
Eyni zamanda Kiyevin meri Vitali Kliçko paytaxtda baş verən partlayışların Ukrayna hava hücumundan müdafiə sisteminin nəticələri olduğunu vurğulayıb: "Paytaxtda partlayış səsləri eşidilir. Hava hücumundan müdafiə vasitələri işləyir".