Rusiya yeddi britaniyalının ölkəyə girişinə qadağa qoyub

Rusiya yeddi britaniyalının ölkəyə girişinə qadağa qoyub Rusiya Böyük Britanıyanın yeddi vətəndaşının ölkəyə girişini qadağan edib.
Digər ölkələr
18 Dekabr , 2021 03:00
Rusiya yeddi britaniyalının ölkəyə girişinə qadağa qoyub

Rusiya Böyük Britanıyanın yeddi vətəndaşının ölkəyə girişini qadağan edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Britaniya hökuməti 2021-ci ilin avqustunda “Navalnının zəhərlənməsinə görə bilavasitə məsuliyyət daşımaları” iddiası ilə Rusiyanın yeddi vətəndaşına qarşı sanksiya tətbiq edib.

“Londonun qeyri-dost hərəkətlərinə qarşılıq olaraq Britaniya nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi qərara alınıb", - Zaxarova qeyd edib.

Son xəbərlər

Orphus sistemi